Apr 07, 2021 08:40 Asia/Baku
  • Az. R-nın Suqovuşan istiqamətində mina partlayışı zamanı iki hərbçi xəsarət alıb

Azərbaycan Respublikası ordusunun itkin düşmüş hərbi qulluqçularıının axtarışı zamanı baş verən mina partlayışında iki hərbçi xəsarət alıb.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki,  bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.

"Qarabağ  müharibəsi zamanı Azərbaycan Respublikası ordusunun itkin düşmüş hərbi qulluqçularının, Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı  basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, onların həyatları üçün təhlükə yoxdur", - deyə məlumata qeyd edilir.

Teqlər