Apr 17, 2021 22:40 Asia/Baku
  • Rusiya şiələrinin Azərbaycan Respublikası hökumətindən tələbi

Rusiyada şiə müsəlmanların nümayəndələrindən bir qrupu bir yığıncaqda, hal-hazırda öz ölkəsində həbsdə olan Azərbaycan Respublikası İslam Partiyasının başçısı höccətulislam İlham Əliyevin azad edilməsini tələb edib.

SəhərAzəri xəbər verir ki, bu nümayəndələr AİP-in başçısı höccətulislam İlham Əliyev xüsusiyyət təşkil etməklə müsəlman məhbuslara dəstək verərək, Azərbaycan Respublikası hökumətinin bu ölkədə islamçılara qarşı hərəkətlərini tənqid və məhbusların azadlığa buraxılmalarını tələb ediblər.

Azərbaycan Respublikası İslam Partiyasının başçısı və bu ölkənin tanınmış ruhanilərindən olan höccətulislam İlham Əliyev bir neçə il bundan öncə islamçıların bu ölkə məktəblərində islami hicabın qadağan olunması ilə müxalifəti zamanı həbs olundu. O, iki ildən çox həbsdə oldu.

İlham Əliyev 2020-ci ilin fevralında bir daha həbs edildi.

İlham Əliyev 2011-ci ildə on iki il müddətinə həbcə məhkum edilən Möhsün Səmədovun canişinidir.

Teqlər