May 05, 2021 14:57 Asia/Baku
  •  “Azərsu”-nun sədri kənarlaşdırılıb

Qorxmaz Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

SəhərAzəri xəbər verir ki, 2011-ci il tarixindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində fəaliyyət göstərən Qorxmaz Hüseynov daima başçılıq etdiyi qurumun fəaliyyətində yer almış müxtəlif qanun pozuntuları ilə bağlı mətbuatda tənqidi materialların şahidi olub. Məsələn, vertikal.az hələ onun bu vəzifəyə təyin edilməsindən 3 il sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyətində geniş yeyintilərin baş verməsi barədə təfsilatlı araşdırma materialı dərc etmişdi.

“Azərsu” ASC-nin, xüsusilə onun rəhbərliyinin fəaliyyətindəki qeyri-şəffaflıq, korrupsiya elementləri barədə ölkə mətbuatı davamlı olaraq yazırdı. ASC rəhbəri Qorxmaz Hüseynovun yaxın qohumlarına hədiyyə edilən çoxmilyonlu tenderlərin siyahısı internet resurslarında gen-bol dərc edilirdi və son zamanlar bir journalist onun villasından çəkib social şəbəkələrdə yaydığı videoya görə hətta polisə çağırılmışdı. Ekspertlərə görə, Azərbaycan Respublikasında bərbad su idarəçiliyində heç bir irəliləyişin baş vermədiyi son on ildən çox müddətdə Qorxmaz Hüseynovun bütün yeyinti faktlarına rəğmən öz vəzifəsində davam etməsini düşündürücü hesab edirlər.

 

 

Teqlər