İyun 11, 2021 13:30 Asia/Baku
  • Azərbaycan Respublikasından Rusiya və Türkiyəyə uçuşlar bərpa edilib

Korona məhdudiyyətlərinin aradan qaldırılması ilə Azərbaycan Respublikasından Rusiya və Türkiyəyə uçuşlar bərpa edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının nazirlər kabinetinin məlumatına görə, aviaşirkətlərə, karantin qaydalarına riayətlə adi və gündəlik uçuşları bərpa etmək icazəsi verilib.

Belə bir halda, bu reyslərin sərnişinləri peyvəndlənmə barədə arayış və ya uçuşdan 72 saat öncə «PCR» analizinin neqativ nəticəsini təqdim etməyə borcludurlar. Bundan öncə Azərbaycan Respublikasının nazirlər kabineti yanında operativ qərargah bu ölkədə dini məkanların yenidən açılması barədə də göstəriş vermişdi.

Azərbaycan Respublikasının nazirlər kabineti yanında operativ qərargah tərəfindən elan olunmuş son statistikaya görə, bu ölkədə indiyədək 334 min 992 nəfər koronavirusa yoluxub, 4 min 951 nəfər isə bu xəstəliyin qurbanı olubdur.

Teqlər