İyul 21, 2021 13:42 Asia/Baku
  • Putin və İlham Əliyev Qarabağı müzakirə ediblər

Rusiya və Azərbaycan Respublikası prezidentləri arasında Moskvada görüş keçirilib və Dağlıq Qarabağ məsələsi iki tərəfin müzakirə mövzularından biri olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin iyulun 20-də Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə Moskvada keçirilən görüşdə müxtəlif regional məsələr barədə fikir mübadiləsi aparıb.

Putin bu görüşdə Qarabağ məsələsinə toxunaraq, deyib: "Regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır".

O, həmçinin Azərbaycanlı həmkarının Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi səylərə toxunaraq, deyib: "Bilirəm ki, nizamlama istəyiriksə bir çox problemlə qarşılaşacağıq, amma indi biz hamımız bunu istəyirik və bu yolla getməliyik".

İlham Əliyev də bu görüşdə regionda münaqişədən sonrakı vəziyyətə daimi diqqətinə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakına görə Rusiya prezidentinə təşəkkürünü bildirib.

Dağlıq Qarabağda münaqişələrin yeni dövrü 2020-ci il sentyabrın 7-də başladı və bir ay yarım davam edən döyüşlərdən sonra noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Qarabağ bölgəsində hərbi əməliyyatların tamamilə dayandırılması barədə birgə bəyanat imzalandı.

Teqlər