İyul 21, 2021 13:39 Asia/Baku
  • Ayətullahül-üzma Xameneinin Qarabağ fitvası bizi qələbəyə gətirib çıxartdı + VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-islam Allahşükür Paşazadə  bu gün Bakıda Təzəpir məscidində səadətli Qurban bayramı namazından sonra etdiyi dualarda İran xalqı və rəhbərinin dəstəyini yüksək qiymətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən,Şeyx Allahşükür Paşazadə İran və Türkiyə rəhbərlərinə dərin təşəkkürünü bildirərək deyib: “İmtahan vaxtında, bizim qələbəyə çatmağımızda İran və Türkiyənin böyük zəhmətləri oldu. Onlar arxamızda durmasaydılar, bizə köməklik etməsəydilər bəlkə də qələbəmiz ola bilməzdi.”

QMİ sədri müsəlmanlar və dindarlar adından Ayətullahül-üzma Xameneiyə Qarabağ fitvasına görə dərin təşəkkürünü bildirib: “Ayətullahül-üzma Xamenei həzrətlərinə müsəlmanlar adından dindarlar adından təşəkkürümü bildirirəm ki, onun fitvası qələbənin carçısı idi. O həzrət fitva verdi ki, Qarabağ torpağı islam torpağıdır və onun uğrunda dünyasını dəyişənlər şəhidirlər. Bu fitva bizim qələbəmizi sübut etdi və bizi bu qələbəyə gətirib çıxartdı.”-deyə Şeyxül-islam Allahşükür Paşazadə deyib.

 

Teqlər