Okt 12, 2021 18:29 Asia/Baku
  • +VİDEO
    +VİDEO

İran ilə Azərbaycan Respublikası arasındakı son gərginlik həm də İranın Azərbaycan ərazisində sionist israil rejiminin fəaliyyətləri ilə əlaqədardır belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu mövzuya dəfələrlə toxunaraq demişdir ki, saxta sionist rejim ünsürlərinin İran sərhədləri yaxınlığında varlığına dözə bilmərik.

SəhərAzəri-nin məlumatına əsasən,İranın sionist rejimin Azərbaycan ərazisindəki hərbi fəaliyyətləri barədəki rəsmi mövqeyinə cavab olaraq Azərbaycan Respublikası prezidenti Cəbrayılda etdiyi çıxışında bunu təkzib etdi və Azərbaycanı bu sahədə ittiham etməyin qəbulolunmaz olduğunu dedi.

Yəqin İran öz iddiası ilə əlaqədar rəsmi Bakıya faktlarını da təqdim etmişdir.Elə bu istiqamətdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan son günlər Əl-Minar telekanalına verdiyi müsahibədə bu barədə Azərbaycana diplomatik kanallardan müraciət olunduğunu və müvafiq cavab da alındığını demişdir.

Ancaq Azərbaycan Respublikası XİN sözçüsü Leyla Abdullayevanın 11 oktyabr cavabı eləcə də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bəyanatı başqa mənzərə yaratdı. Hansı ki bu bəyanatlarda mövzu ümumiyyətlə təkzib edildi.

İranın Azərbaycan torpaqlarından İsrailin hərhansı düşmənçilik hərəkətlərindən nigaran olmağa əsası varmı?

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev BBC-yə verdiyi müsahibədə deyir ki, Azərbaycan Respublikasının İsrail rejimi ilə təhlükəsizlik əməkdaşlıqları inkaredilməzdir və İsrailin yüksək rütbəli zabitlərindən ibarət mərkəz Azərbaycan Respublikasında fəaliyyət göstərməkdədir. O eyni zamanda İranın nüvə təsisatlarını hədəfə alan İsrail PUA-sının Azərbaycandan qalxmış olmasına dair İranın dediklərinin rəsmi Bakı tərəfindən təkzim olunmadığına da diqqət çəkib.

İran belə bir təcrübəyə əsaslanaraq İsrail rejiminin Azərbaycan Respublikasındakı hərbi fəaliyyətlərinə dözməyəcəyini bildirir. Mehman Əliyev istər müharibə dövründə istərsə də müharibədən sonra Azərbaycan ilə İsrail rejimi arasındakı təhlükəsizlik əməkdaşlıqlarından İranın xəbəri olduğunu deyir.

İndi İranın İsrailin Azərbaycan Respublikasındakı hərbi fəaliyyətlərindən xəbəri varsa və keçmişdə də bu rejim tərəfindən özü də Azərbaycan Respublikası ərazisi vasitəsi ilə hücuma məruz qalıbsa İranın nigarançılığı başadüşüləndir. Həm də Sionist İsrail rejiminin nüvə sazişinə qarşı tutduğu mövqeyi və dilə gətirdiyi təhdidlər də bu nigarançılığa əsas verir.

 

Teqlər