Noy 23, 2021 12:22 Asia/Baku
  • “Azərbaycan Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Fransanın 44 günlük müharibədən öncə, müharibə gedərkən və müharibədən sonrakı anti-Azərbaycan mövqelərinə görə bu ölkənin Minsk qrupundan qovulması və Azərbaycanın Fransa ilə münasibətlərinə yenidən baxılmasına çağırıblar.

SəhərAzəri-nin məlumatına əsasən,Deputat Qüdrət Həsənquliyev Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndələrinin Fransa senatında rəsmən qəbul edilməsinə toxunaraq bildirib ki, “Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

Deputat Hikmət Babaoğlu isə bildirib ki, müxtəlif səviyyəli Fransa rəsmilərinin qeyri-adekvat addımları təəccüb doğurur: “Qondarma qurumun “rəsmisi” kimi özünü təqdim edən erməni Fransada rəsmi şəxs kimi münasibət görür. Məsələ Fransanın bu separatizmi dəstəkləməsidir. Regionda yeni reallıqlar şəraitində inkişaf edəcək əməkdaşlıqlara da Fransa mane olur”.

Deputat Tural Gəncəliyev də bildirib ki,Azərbaycan bu gün postmüharibə, postkonfilikt dövründə regiona heç bir dəxli olmayan, regiondan tamamilə kənarda yerləşən ölkənin hərəkətlərini qəbul etmir. Fransa bundan sonra Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətlərində çox diqqətli olmalıdır. Əks halda onların batmaqda olan nüfuzu daha da batacaq”.

Milli Məclisin plenar iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmmədov isə
 “Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndələrinin Fransa senatında qəbul edilməsini, Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməməyin və ikili standartarın təzahürü adlandırıb.

Deputat deyib ki, “ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Vətən müharibəsi dövründə, müharibədən sonra və bu gün nümayiş etdirdiyi mövqe Azərbaycan cəmiyyətində və hökumətində haqlı suallara səbəb olub. Biz bu suallara indi də cavab ala bilməmişik.

Noyabr ayının 23-də Fransa Senatında senatın prezidentinin himayəsi və Ermənistan parlament nümayəndə heyətinin iştirakı ilə “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qərəzli qətnamənin qəbul edilməsinin ildönümünə həsr olunmuş tədbirin keçirilməsi barədə məlumat yayılıb. Bu mərasimə Qarabaö separatçılarının nümayəndələrinin də dəvət olunduğu deyilir. Separatçıların nümayəndələri Fransa senatında respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri və Ron-Alp regionunun Qrenobl rayonunun rəsmiləri səviyyəsində qəbul ediliblər.