Yan 14, 2022 12:10 Asia/Baku
  • Azərbaycana qar yağır

Azərbaycan Respublikası ərazisinə soyuq, arktik hava kütlələrinin daxil olması nəticəsində dünən axşamdan hava şəraiti kəskin dəyişib. Respublikanın rayonlarında müşahidə olunan yağıntı sulu qara və qara keçib.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib ki, ən yüksək və çox yağıntı respublikanın Böyük Qafqaz rayonlarında müşahidə olunub.

Onun dediyinə görə yarım sutka ərzində yağıntının miqdarı yarım aylıq normaya bərabər olub. 14 yanvar səhər saatlarınadək Qar örtüyünün hündürlüyü 22 sm təşkil edib.

Hava proqnozlarına görə qar yağıntıları bu gün axşam saatlarında kəsiləcək.

Teqlər