Elmar Məmmədyarov işdən çıxarıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i364701-elmar_məmmədyarov_işdən_çıxarıldı
Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2020 10:55 Asia/Baku
  • Elmar Məmmədyarov işdən çıxarıldı

Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilib.

SəhərAzəri Report-a istinadla xəbər verir, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

E.Məmmədyarov 2 aprel 2004-ci ildən nazir idi. Son günlər o mətbuatda və sosial şəbəkələrdə tənqid olunurdu.