Cəbhəçi fəaldın vəkili həyəcan təbili çalır
Tofiq Yaqublunun vəziyyəti daha da ağırlaşıb
23 gündür ki, ölüm aclığı edən müxalif siyasətçi Tofiq Yaqublunun vəziyyətinin hər keçən gün daha da ağırlaşdığı bildirilir.
Həbsdə olan cəbhəçi fəalın vəkili Fəxrəddin Mehdiyev cəzaçəkmə müəssisəsində onunla görüşdükdən sonra məhbusun vəziyyəti ilə əlaqədar həyəcan təbili çalaraq, Yaqublunun həyatının riskli olduğunu söyləyib.2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.Qərara etiraz olaraq Tofiq Yaqublu aprelin 1-dən aclıq elan edib.Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.Xatırladaq ki, Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri o cümlədən dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.