Bakı Tehranın yardımını niyə xatırlamır?
https://azeri.sahartv.ir/news/azərbaycan-i423384-bakı_tehranın_yardımını_niyə_xatırlamır
Prezident İlham Əliyev oktyabrın 2-də verdiyi açıqlamada bəyan edib ki, “Lazım olan vaxtda bizə heç kim kömək etməyib”, lakin tarixi faktlar göstərir ki, İranın birinci Qarabağ müharibəsi illərində Azərbaycan Respublikasına göstərdiyi hərbi, humanitar və iqtisadi dəstək danılmaz faktlara söykənir.
(last modified 2026-10-04T14:09:47+00:00 )
Okt 04, 2026 18:05 Asia/Baku

Prezident İlham Əliyev oktyabrın 2-də verdiyi açıqlamada bəyan edib ki, “Lazım olan vaxtda bizə heç kim kömək etməyib”, lakin tarixi faktlar göstərir ki, İranın birinci Qarabağ müharibəsi illərində Azərbaycan Respublikasına göstərdiyi hərbi, humanitar və iqtisadi dəstək danılmaz faktlara söykənir.

Birinci Qarabağ müharibəsinin ən ağır illərində Azərbaycan ciddi hərbi-siyasi böhran yaşayırdı. Ölkədə yüz minlərlə insan öz doğma yurdundan didərgin düşmüşdü və Ermənistanın hərbi əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü ciddi şəkildə pozulmuşdu.Məhz həmin dövrdə İran Azərbaycana müxtəlif istiqamətlərdə yardım göstərən yeganə ölkə oldu.Bu yardım yalnız siyasi bəyanatlarla məhdudlaşmırdı.İran Azərbaycana humanitar yardımlar göstərir, qaçqın və məcburi köçkünlərin ehtiyaclarının qarşılanmasına dəstək verirdi, Azərbaycan ərazisində qaçqınlar üçün çadır şəhərciklərinin salınmasında da İranın yardımı olmuşdu.Qaçqınlar üçün ərzaq, məişət ləvazimatları və digər zəruri vasitələr göndərilirdi.İranın dəstəyi hərbi sahədə də özünü göstərirdi.Birinci Qarabağ müharibəsinin müxtəlif mərhələlərində İran tərəfindən Azərbaycana hərbi və texniki yardımların göstərildiyi barədə məlumatlar mövcuddur.Hətta İran hərbçilərinin bəzi döyüşlərdə Azərbaycan tərəfinə dəstək verdiyi və işğalçı ermənilərin irəliləməsinə mane olduğu barədə Azərbaycan rəsmilərinin də açıqlamaları olub. MəsələnPrezidentin köməkçisi Hikmət Hacıyev İranın həmin dövrdə göstərdiyi yardımı xüsusi olaraq qeyd edib.Hacıyevin İran mediasına verdiyi açıqlamalarda İran artilleriyaçılarının Azərbaycanın müdafiəsinə verdiyi töhfədən bəhs olunur.Bu kontekstdə onun 400 min azərbaycanlının qətliamdan xilas edilməsinə dair fikri də ictimai müzakirələrdə xatırlanır. Hacıyevin açıqlaması isə İranın müharibə dövründəki rolunun Azərbaycan rəsmilərinin özləri tərəfindən də etiraf edildiyini göstərir.Qeyd edək ki, İranın yardımı yalnız cəbhə xətti ilə məhdudlaşmırdı. Azərbaycanın Naxçıvan Muxtar Respublikası həmin illərdə xüsusilə ağır vəziyyətə düşmüşdü.Ermənistanla sərhədin bağlanması Naxçıvanı Azərbaycanın əsas hissəsindən faktiki olaraq təcrid etmişdi.Bu şəraitdə Naxçıvan üçün İran həyati əhəmiyyət daşıyan tranzit və təchizat xəttinə çevrildi.İran Naxçıvana qaz və elektrik enerjisinin çatdırılmasında mühüm rol oynadı.Eyni zamanda ərzaq, un və müxtəlif məişət məhsullarının Naxçıvana çatdırılması təmin edildi.Beləliklə, blokada şəraitində Naxçıvanın gündəlik həyatının davam etməsində İranın infrastrukturu mühüm rol oynadı.Bu faktı Azərbaycanın müasir tarixindən silmək mümkün deyil.Bununla yanaşı İranın mövqeyi beynəlxalq diplomatik müstəvidə də müəyyən əhəmiyyət daşıyırdı.Tehran müxtəlif beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi.İkinci Qarabağ müharibəsi zamanı isə İranın ən yüksək səviyyəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqe daha açıq ifadə edildi.İranın Ali Lideri Şəhid İmam Xamenei 2020-ci ilin noyabrında Azərbaycanın beynəlxalq hüquq baxımından haqlı olduğunu bildirdi.O Həzrət Ermənistan tərəfindən işğal edilmiş bütün Azərbaycan ərazilərinin azad edilməli olduğunu açıq şəkildə bəyan etdi və bu bəyanat Bakının özü tərəfindən də yüksək qiymətləndirildi.Azərbaycan Xarici İşlər Nazirliyi Aliməqamlı Rəhbərin mövqeyini Azərbaycanın ərazi bütövlüyünə verilən dəstək kimi xarakterizə etdi.Bu, İkinci Qarabağ müharibəsinin gedişində mühüm siyasi mesaj idi və Azərbaycanın qələbəsinə öz töhfəsini