Avq 14, 2020 22:33 Asia/Baku
  • Azərbaycan Respublikası DİN Aşura mərasimi ilə bağlı əhaliyə müraciət edib

“Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”

SəhərAzəri Sputnik-ə istinadla  xəbər verir, Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bildirib: “İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən "Aşura" günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.
Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.”

Teqlər