Dek 23, 2020 23:41 Asia/Baku
  • C. Bayramov: “10 noyabr bəyanatı ilə bölgədə yenidənqurma və bərpa, dinc birgəyaşayışın təmin edilməsi mərhələsinə qədəm qoyuldu”

“10 noyabr birgə bəyanatı ilə bölgədə yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsi, dinc birgəyaşayışın təmin edilməsi mərhələsinə qədəm qoyuldu”.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans formatında keçirilən iclasında deyib.

Nazir bildirib ki, bundan sonra da səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə Azərbaycan maraqlarına cavab verən, qarışlıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb olunması, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi mövqeyinin gücləndirilməsinə yönələcək".

 

Teqlər