Mart 03, 2021 11:46 Asia/Baku
  •  Az. R-nın daxili işlər orqanları ötən gün 37 cinayətin üstünü “isti izlər”lə açıblar

Az. R. Daxili İşlər Nazirliyi (DİN) martın 2-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

SəhərAzəri Azərtac.aza-istinadən xəbər verir ki, Azərbaycan Respublikasının DİN-in mətbuat xidmətindən bildirilib ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 37 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Az. R. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Teqlər