Apr 04, 2021 15:04 Asia/Baku
  • Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: “Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla çox uğurlu iş görüb”

“Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla artıq çox uğurlu iş görüb”.

SəhərAzəri xəbər verir ki,  APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Kestutis Yankauskas deyib ki, gələcəkdə digər peyvəndlərin də çatdırılması peyvənd seçiminə imkan verəcək: “Vaksinlərlə bağlı töhvə verələrin hamısına – Ümumdünya Səhiyyə Təşkilatına, UNİSEF-ə və COVAX mexanizminə dəstək verən digər ölkələrə təşəkkürümüzü bildiririk. Mən yalnız hər kəsi ən uyğun zamanda vaksinasiya üçün müraciət etməyə çağıra bilərəm. Çünki bu COVID-19-la mübarizənin ən yaxşı yoludur”.

 

Teqlər