Fev 11, 2025 12:05 Asia/Baku
  • Əliyev Pezeşkyanı təbrik etdi

İlham Əliyev İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Prezident Məsud Pezeşkyana təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olan xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanır.Hazırda ölkələrimiz iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər. Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.İnanıram ki, ölkələrimizin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir”.Azərbaycan Prezidenti belə gözəl bir gündə həmkarı Pezeşkyana möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, həmçinin dost və qardaş İran xalqına daim əmin-amanlıq və rifah arzulayıb.