Fev 11, 2025 16:30 Asia/Baku
  • Sabiq nazir:

Hökumətyönümlü mediada Azərbaycanda rus casus şəbəkəsinin olması və bu şəbəkənin vaxtilə Moskvadan göndərilən şəxs tərəfindən idarə olunması ilə bağlı xəbər yayılmışdı.

Keçmiş nazir bu iddialara münasibət bildirib:“Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə vura bilərik. Məqsədlərini Allah bilir. Bunları yazan adamın ağlı yoxdur”.Sözügedən şəbəkəyə Ramiz Mehdiyev, Eldar Mahmudov və Elmar Məmmədyarov və digər şəxslərin daxil olduğu iddia edilib.