Baş məşqçi Traktor Klubunu təbrik etdi
"Qarabağ" - "Traktor" görüşü keçirilə bilər
“Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov İran çempionu "Traktor"la yoldaşlıq görüşü keçirmə variantına münasibət bildirib.
Yerli medianın yaydığı məlumata əsasən, Qurban Qurbanov belə bir qarşılaşmanın baş tutmasının xoş olacağını açıqlayıb.
Onun fikrincə, bu, qarşıdakı planlarda olan məsələdir.
"Traktor"u və onun azarkeşlərini ilk çempionluq münasibətilə təbrik edən azərbaycanlı baş məşqçi deyib: “Hələlik yoldaşlıq görüşü barədə hər hansı fikir səsləndirə bilməyəcəyəm. Belə bir oyunun təşkilinə çox məmnun olardım. Çempionatlarımızın fərqli formatda keçməsi onlarla yoldaşlıq oyunu keçirməyimizə maneə ola bilər. Amma istənilən halda, nə vaxtsa belə bir matçın təşkilini hər iki klub rəhbərliyi yəqin ki, müzakirə edəcək. Biz də sevə-sevə oyunu keçirməyə hazırıq”.
Qeyd edək ki, Təbrizin "Traktor" klubu İran Pro Liqasının sonuna 2 tur qalmış tarixində ilk dəfə çempionluğu təmin edib