İctimai təzyiq nəticə verdi:
Sionist ravvinlər Bakıya gəlməyəcəklər - AKTUAL
Avropa Ravvinləri Konfransı Bakıdakı təhlükəsizlik təhdidlərinə görə təxirə salınıb.
İsrail Milli Xəbərləri Portalı xəbər verir ki, noyabr ayının əvvəlində Bakı şəhərində keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinləri Konfransı təhlükəsizlik narahatlıqları səbəbindən təxirə salınıb.
İsrail mediаlarının verdiyi məlumata görə, sosial mediada təhdid xarakterli mesajların yayılmasından sonra konfransın təşkilatçıları onu təxirə salmağa məcbur olublar.
Təşkilatçı qruplar bildiriblər ki, təhlükəsizlik xəbərdarlığı aldıqları andan yerli rəsmilərlə məsləhətləşiblər və nəticədə konfransın başqa bir ölkədə və başqa bir vaxtda keçirilməsi qərara alınıb.
Bu konfransda İsrailin baş ravvinləri "Dovid Yosif" və "Kalman Bar", həmçinin İsrail nazirləri "Amiçay Çikli" və "Amiçay Eliyahu"nun iştirak etməsi gözlənilirdi.
Avropa Ravvinləri Konfransının rəsmi bəyanatında deyilir: «Biz çox təəssüflə bildiririk ki, bizim nəzarətimizdə olmayan səbəblərə görə 33-cü Avropa Ravvinləri Konfransını və onun 70-ci ildönümü tədbirini təxirə salmağa məcbur olduq. Bu tədbir gələn həftə Bakıda keçiriləcəkdi. Yaxın günlərdə konfransın qonaqları və tərəfdaşları ilə əlaqə saxlanılacaq və yeni tədbir planı barədə məlumat veriləcək».
Bəyanatda həmçinin, Avropadakı yəhudi icmalarına dəstək verdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edilib və gələcəkdə əməkdaşlığın davam etdirilməsi ümidi ifadə olunub.