Azərbaycanda gəlirlərin yarıdan çoxu ərzağa xərclənir
Natiq Cəfərli: Əhalinin kasıblığı rəqəmlərdə görünür
Azərbaycanda əhali xərclərinin 55 faizə qədəri ərzaq və dərmana gedir.
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, bu göstərici nə qədər yüksəkdirsə, əhalinin maddi vəziyyəti bir o qədər aşağıdır.Cəfərli qeyd edib ki, Azərbaycanda əhali aylıq xərclərinin təxminən 50 faizini ərzağa yönəldir.Müqayisə üçün bu göstərici Gürcüstanda 38,7, Ermənistanda 40,7 faizdir.Avropa İttifaqının ən kasıb ölkəsi sayılan Bolqarıstanda 29,3 faiz, Almaniyada isə 14 faiz təşkil edir.Cəfərlinin hesablamasına görə, Azərbaycanda əhali aylıq xərclərinin 53-55 faizini ərzaq və dərman alışına sərf edir.O, bu göstəricini əhalinin aşağı maddi rifah səviyyəsinin əlaməti kimi qiymətləndirib.İqtisadçının fikrincə, hökumətin əsas məqsədi büdcəyə daha çox vəsait toplamaq deyil, əhalinin rifahını və gəlirlərini artırmaq olmalıdır.İqtisadçı qeyd edib ki, mövcud iqtisadi yanaşma əhalinin daha da kasıblaşmasına, iqtisadi artımın zəifləməsinə və Azərbaycanın ÜDM artımına görə MDB ölkələri arasında geriləməsinə səbəb olur.