Okt 01, 2017 15:17 Asia/Baku
  • ABŞ şəhərlərində Aşura gecəsinin əzadarlıq mərasimi keçirilib

Hüseyn Aşurası gecəsinin əzadarlıq mərasimi yüzlərlə iranlı və Əhli-Beyt(ə) vurğununun iştirakı ilə Amerikanın müxtəlif şəhərlərində keçirilib.

Amerikada yaşayan iranlılar və digər müsəlmanlar dünən gecə Hüseyn Aşurası gecəsi ilə bir zamanda Vaşinqtondakı islami təlimlər mərkəzinə, Nyu-Yorkdakı İmam Əli(ə) məscidinə, həmçinin Texas ştatının Hyuston şəhərində yerləşən islami mərkəzə toplaşaraq, şəhidlər ağası- Həzrət Əba Əbdillah Əl-Huseyn(ə)-a və Kərbəla şəhidlərinə öz hörmət və məhəbbətlərini ifadə ediblər.

Məhərrəm ayı günlərində Kərbəla şəhidlərinin yad edilməsi mərasimləri və əzadarlıqlar şəhidlər ağası- Həzrət Əba Əbdillah Əl-Huseyn(ə) qiyamının böyüklüyünü xatırladır. Bu böyük insan əsl islami maarifin qorunub saxlanılması üçün özünün sadiq köməkçilərilə yanaşı, ölməz bir qəhrəmanlıq yaratdı ki, əsla xas bir zaman və məkan hüdudlarında qalmasın və bütün dünyada zülmə qarşı hərəkət və mübarizələr üçün illər və əsrlər boyu misilsiz meyara və ilhamverici bir amilə çevrilibdir.

Bu gün muhərrəmulhəram ayının onu, şəhidlər ağası, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günüdür.

Aşura günü şiələr üçün 61-ci hicri qəməri ilində baş vermiş və Əba Əbdillah Əl-Huseyn(ə) və o həzrətin 72 sadiq köməkçisinin şəhid olduğu İmam Hüseyn(ə)-ın doğru qiyamı mənasındadır.

Teqlər