Mart 04, 2018 09:42 Asia/Baku
  • Əl-Qaidə Burkina Fasoda törədilən terror aktının məsuliyyətini öz üzərinə götürdü
    Əl-Qaidə Burkina Fasoda törədilən terror aktının məsuliyyətini öz üzərinə götürdü

Əl-Qaidə terror qruplaşmasına bağlı bir dəstə şənbə günü axşam bir bəyanat yayaraq, cümə günü Burkina Fasonun paytaxtı Ouagadougou şəhərində törədilən terror hücumlarının məsuliyyətini öz üzərinə götürüb.

Cümə günü bir qrup silahlı şəxs Ouagadougouda Fransa səfirliyinə hücum edib. Bu hadisədə 28 nəfər həlak olub. 

Həmçinin, cümə günü Fransa ordusunun Ouagadougoudakı ordu komandanlığının yaxınlığında bir partlayış törədilib. Bu hadisədə də bir qrup insan ölüb və yaralanıb.

BMT və bir çox ölkə bu terror hücumunu qınayıb. 

Burkina Faso da bir çox Afrika ölkəsi kimi təhlükəsizlik böhranı və siyasi problemlər ilə üz-üzədir. 

Qərb dövlətlərinin region ölkələrinin daxili işlərin müdaxilə etməsi bu ölkələrin problemlərini daha da artırıb. 

Teqlər