Apr 01, 2018 14:44 Asia/Baku
  • Tramp Hoteldə onun müxaliflərinin sərgisi keçirilib
    Tramp Hoteldə onun müxaliflərinin sərgisi keçirilib

ABŞ prezidentinin müxaliflərindən bir qrupu Nyu-Yorkda Beynəlxalq Tramp Otelinin zallarından birində ona qarşı incəsənət sərgisi təşkil edib.

Associated Pressin məlumatına görə, ABŞ prezidenti Donald Trampın müxaliflərindən 7 nəfərlik bir qrup 29 martda bu zalda yerləşib və 24 saat ərzində onu ABŞ prezidenti əleyhinə sərgiyə çevirib.

Məlumata görə, bu sərgi 1 aprelə qədər keçirilib.

Trampa bənzər bir incəsənət ustası bir neçə kanalizasiya siçovulu ilə birlikdə bir qəfəsin içində sərgilənib.

Bir çox ABŞ KİV-i etiraf edib ki, Tramp prezidentliyinin ilk ilində dünyada özü üçün etimadolunmaz, sirli və hiyləgər imic formalaşdırıb.

Donald Trampın fərmanları, açıqlamaları, bəzi hallarda qalmaqallı və ədəbsiz davranışları ABŞ vətəndaşları və siyasətçilərinin onu prezident səviyyəsində hesab etməmələrinə səbəb olmuşdur.

Teqlər