Çin ABŞ Dövlət Departamentinə reaksiya verib
Yan 05, 2019 13:40 Asia/Baku
Çin Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin amerikan vətəndaşlara Çinə səfər barədə xəbərdarlıq etməsinə reaksiya verib.
İRNA-nın verdiyi məlumata görə, Lu Kanq 2018-ci ildə Çinə 2 milyon 300 min amerikalının səfər etdiyini xatırladaraq deyib: Bu rəqəmin böyük hissəsi Amerikada yaşayan çinlilərdən ibarətdir və bunun özü Çinin təhlükəsiz bir ölkə olduğuna sübutdur.
Çin XİN sözçüsü deyib: Vaşinqtonun iddiasının əksinə olaraq Çin vətəndaşlarının Amerikaya səfərinə maneəçilik törədən Amerikanın özüdür.
ABŞ DD cümə axşamı bu ölkə vətəndaşlarına Çinə səfər barədə xəbərdarlıq etmişdi.