Fev 04, 2019 21:24 Asia/Baku
  • İtaliya Avropa Birliyinin Quaydonu tanıyan bəyanatını veto etdi
    İtaliya Avropa Birliyinin Quaydonu tanıyan bəyanatını veto etdi

İtaliya Avropa Birliyinin Venesuela müxalifətinin lideri Xuan Quaydonun bu ölkənin müvəqqəti prezidenti tanınmasına dair bəyanatını veto etdi.

Skay Nyus kanalının bildirdiyinə görə, İtaliya Avropa Birliyinə üzv 27 ölkənin Venesuela müxalifətinin lideri Xuan Quaydonun bu ölkənin müvəqqəti prezidenti kimi tanınması üzrə Rumınyada təşkil etdikləri qeyri-rəsmi iclasının yekun bəyanatını veto etdi.

İtaliya baş nazirinin müavini Luici Di Mayo bu barədə deyib: Venesuelanın taleyi barədə bu ölkənin xalqı qərar qəbul etməlidir.

İspaniya. Fransa, Almaniya, İsveç, Avstriya və Britaniya da 4 fevralda Quaydonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıyıb.

Xuan Quaydo 23 yanvarda ABŞ və müttəfiqlərinin təhriki ilə özünü Venesuelanın müvəqqəti prezidenti elan etdi. Onun bu hərəkəti Venesuelanın qanuni prezidenti Nikolas Maduroya qarşı dövlət çevrilişinə cəhd kimi dəyərləndirilir.

Teqlər