Mart 09, 2019 20:17 Asia/Baku
  • İtaliyada qadınlara qarşı zorakılıq halları artmaqda davam edir
    İtaliyada qadınlara qarşı zorakılıq halları artmaqda davam edir

İtaliyada qadınlara qarşı zorakılıq hallarının artması bu ölkənin ictimai dairələrində ciddi narahatlıq doğurub. Hüquq müdafiəçiləri artıq təhlükə siqnalı verməyə başlayıblar.

Qadınlar əleyhinə zorakılıqlar qarşısında sükuta “yox”. Bu, italiyada qadın hüquqlarını müdafiə edən cəmiyyətlərin şüarıdır. Onlar, ailə münaqişəsi zəminində qadınlar əleyhinə zorakılıqlar qarşısında sükut etməməyə çağırış edirlər. İtaliyan hüquq müdafiəçilərinin dediklərinə görə, hər il bu ölkədə qadınların təqribən 70%-i hazırkı və ya keçmiş həyat yoldaşı tərəfindən fiziki və cinsi zorakılıqlara məruz qalır.

İtaliyan qadın hüquqları müdafiəçisi: “İtaliyada qadınlara qarşı zorakılıq fenomeni artmaqda davam edir. Bizdə olan məlumatlara görə, İtaliyada qadınların çoxu ailə daxilində fiziki zorakılığa və cinsi təcavüzə məruz qalırlar. Amma, polisə şikayət etmirlər. Bu məsələ ailə strukturuna xüsusilə də uşaqlara mənfi təsir buraxır. Buna görə də, bu zorakılıqlar qarşısında sükut etməmək lazımdır.”

İtaliyanın Statistika Mərkəzinin bildirdiyinə görə, 2000-ci ildən bəri 3 mindən çox qadın ailə münaqişəsi zəminində qətlə yetirilib.

İtaliyan qadın hüquqları müdafiəçisi: “Çox acınacaqlı bir durum qarşısındayıq. Qadınlara qarşı zorakılıqlarla bağlı statistikalar ciddi narahatlıq doğurur. Artıq fiziki zorakılıqlar və ruhi təzyiqlər adi hala çevrilib. Bəzən də bu zorakılıqlar qadınların ölümü ilə nəticələnir. Ötən il İtaliyada 114 qadın ərləri və ya keçmiş həyat yoldaşları tərəfindən qətlə yetirilib.”

İtaliyada qadınlara qarşı zorakılıq hallarının artması ilə bağlı hüquq müdafiəçiləri tərəfindən edilən xəbərdarlıqlar hər gün daha da artır.

Teqlər