Apr 28, 2019 21:34 Asia/Baku
  • Son İndoneziya seçkiləri təşkilatçılarından 272 nəfər ölüb
    Son İndoneziya seçkiləri təşkilatçılarından 272 nəfər ölüb

İndoneziya ümumi seçki komissiyası bu ölkədəki son seçkilər gedişində 272 nəfərin ölümündən xəbər verib.

İndoneziya ümumi seçki komissiyası bildirib ki, bu ölkədə prezident, parlament və yerli seçkilərin keçirilməsindən on günün keçməsilə bu seçkilərin təşkilatçılarından minimum 272 nəfər seçki və səslərin sayılışı günlərində "həddən artıq iş"ə görə, həyatını itirib.

İndoneziya ümumi seçki komissiyası sonra vurğulayıb ki, 1878 seçki məsulu da xəstəliyə tutulubdur.

İndoneziyada prezident, parlament və yerli seçkiləri dünyada ən böyük seçki kimi aprelin 17-də keçirildi.

Teqlər