May 24, 2019 14:20 Asia/Baku
  • Tereza Mey baş nazirlikdən istefa verdi

Britaniyanın baş naziri artan siyasi təzyiqlər qarşısında davam gətirməyərək, nəhayət öz vəzifəsindən istefa verdi.

İRNA-nın məlumatına görə, Tereza Mey bu gün cümə 7 iyun tarixində rəsmən baş nazirlikdən və hakim Mühafizəkarlar Partiyasına sədrlikdən gedəcəyini açıqladı.

Tereza Mey Britaniyanın Avropa Birliyindən çıxması prosesini yekunlaşdıra bilmədiyindən təəssüfləndiyini dedi.

Tereza Meyin istefası hakim Mühafizəkarlar Partiyasının rəyasət heyəti tərəfindən təsdiq olunmalıdır.

Protokola əsasən Mühafizəkarlar Partiyasının parlamentdəki bütün üzvləri partiyaya sədrlik üçün öz namizədliklərini irəli sürə bilərlər. Bunun üçün ən azı daha iki parlament üzvü onun namizədliyini dəstəkləməlidir.

Tereza Meyin yerini tutacaq şəxsin müəyyən edilməsi üçün 4-6 həftə zamana ehtiyac var.

 

Teqlər