İyul 18, 2019 08:04 Asia/Baku
  • Ərəbistana Amerika silahının satışının qadağan olunması layihəsi qəbul olunub

ABŞ konqresinin nümayəndələr palatası dünən ərəbistana və əmirliklərə milyardlarla dollar silah satışının qadağan olunması layihəsinə səs veribdir.

Amerika senatı da cari ilin iyun ayında bu ölkənin ərəbistana silah satışı müqavilələrinin ləğv edilməsinə səs verdi.

Bu, son aylarda konqresin Tramp hökumətinin ərəbistanla xüsusi əlaqələrinə qarşı təqdim etdiyi ikinci qanundur.

ABŞ konqresmenləri aprel ayında da Amerikanın ərəbistanın Yəmənə qarşı savaşında iştirakına son qoyulmasına səs verdilər.

Amerikada respublikaçılar və demokratlar partiyalarının nümayəndələri ərəbistanın bu ölkədən olan tənqidçi jurnalist Camal Qaşıqçının qətlində əlinin olmasına görə, cəzalandırılmamasından əsəbidirlər.

ABŞ-ın dövlət katibi Mayk Pompeo bu ilin may ayında bildirdi ki, silah satışı ilə bağlı fövqəladə qanunlara söykənməklə Amerikanın ərəbistan, əmirliklər və İordaniya ilə 22 silah müqaviləsi təsdiq olunur.

Nyu-York Tayms qəzetinin yazdığına görə, xarici siyasət sahəsindəki heç bir məsələ ərəbistan məsələsi qədər Tramp ilə ABŞ konqresi arasında ziddiyyət yaratmayıbdır.

Teqlər