Avq 19, 2019 13:22 Asia/Baku
  • Tramp və boş bir iddianın təkrarı: İran danışıqlar aparmaq istəyir
    Tramp və boş bir iddianın təkrarı: İran danışıqlar aparmaq istəyir

Amerika prezidenti İran tankerinin müsadirəsi macərasında məğlub olduqdan sonra irəliyə doğru bir qaçışda bir daha iddia edibdir ki, İran onunla danışıqlar aparmaq istəyir.

Donald Tramp bazar günü bir jurnalistin, müsadirəsi aradan qaldırılmış İran tankerindən xəbərinin olmasına dair sualına cavabda deyib: Onlar qürurlu bir xalqdır, mən bunu dərk edirəm, amma mənə elə gəlir ki, bəlkə İran məsələsi həll oldu.

Tramp əlavə edib: Yeni bir xəbər yoxdur, yalnız bu məsələ var ki, İran da danışıqlar aparmaq istəyir, lakin bu işi necə etməli və necə telefon əlaqəsi saxlamalı olduğunu bilmir.

Tramp İrana qarşı ittihamlarını təkrarlayaraq deyib: Onlar doğrudan da pis fəaliyyətə malikdirlər və biz neft satmalarını sanksiya etmişik; belə ki, daha neft satmırlar.

Trampın bu iddiası Amerikanın İran tankerinin Cəbəluttariq boğazındakı müsadirəsinin uzadılmasını istəməsinin ardınca irəli sürülüb.