Sen 08, 2019 13:23 Asia/Baku
  • Həftər qüvvələri Tripolinin ətrafından geri çəkiliblər
    Həftər qüvvələri Tripolinin ətrafından geri çəkiliblər

Liviya milli birlik hökumətinin qüvvələri bir əməliyyatda general Həfətərin tabeliyində olan ünsürləri geri oturdaraq, Tripolinin ətrafında irəliləyiblər.

Liviya milli birlik hökumətinin tabeliyində olan "Hiddət vulkanı" əməliyyatının komandanlığı aviasiya və artilleriya ilə Liviya milli ordusu adlandırılan Xəlifə Həftər qüvvələrini bombalayaraq, onları geri çəkilməyə məcbur edib. 

Həftər qüvvələri həmçinin Eyn Zarə bölgəsində geri oturublar.

Liviya milli ordusu adlandırılan Xəlifə Həftər qüvvələri aprelin dördündən paytaxt Tripoliyə hücum edərək, onu ələ keçirmək niyyətindədirlər, lakin indiyə kimi buna müvəffəq olmayıblar.

Teqlər