Okt 10, 2019 07:45 Asia/Baku
  • Breksit- kökdən düşmüş saz
    Breksit- kökdən düşmüş saz

İngiltərənin Avropa Birliyindən çıxma şəraiti üstündə üç ildən sonra məlum oldu ki, İngiltərə və Avropa Birliyinin hazırkı münasibətinin davam etməsilə iki tərəfin razılığa gəlməsi imkanı yoxdur.

Üç il çəkişmədən sonra Avropa Birliyini tərk etməsi üçün İngiltərənin möhləti elə bir halda üç həftə bundan sonra başa çatacaq ki, Londonun əksər dövlət başçıları razılıqsız şəkildə Avropa Birliyindən çıxmağın nəticələri barədə fikirləşirlər.

İngiltərə nazirlər kabinetnin üzvü Maykl Gevo bu ölkə parlamentində deyib: İngiltərənin razılıqsız şəkildə Avropa Birliyindən çıxmasının nəticələri siyasi, iqtisadi, ictimai və təhlükəsizlik baxımından Avropa Birliyinin qərarından asılıdır.

Daxili tənqid və nigarançılıqlar dalğası arasında İngiltərə ilə Avropa Birliyi arasında məzəmmət oyunu kulminasiya nöqtəsinə çatıb və hər iki tərəf bir-birini hər iki tərəfə xəsarət gətirən pis şərait yaratmaqda ittiham edir. Belə ki, qarşıdurmalar aqressivlik səviyyəsinə çatıbdır.

Donald Tusk: Boris Conson qarşı tərəfi məzəmmət etmək üzrə əbləhcəsinə oyuna başlayıbdır. Siz razılıq istəmirsiniz. Breksitin möhlətinin uzadılmasını istəmirsiniz. Breksiti də geri götürmək istəmirsiniz. Bəs, siz nə istəyirsiniz?

Bir İngltərə vətəndaşı: Biz bu qənaətdəyik ki, breksit bizim iqtisadiyyatımızı və Avropa sülhünü təhlükəyə salan pis bir hərəkətdir. Avropa Birliyinə üzv olmağımız neçə il çəkdi. Amma hökumətimiz ötən bir neçə baş nazirin səylərini hədər edib və xalqın tələblərinə də göz yumur. Mən şəxsən bu qənatədəyəm ki, bizim hökumətimiz razılıqla Avropa Birliyindən ayrılmaq barədə heç bir proqrama malik deyildir. Və müxtəlif səbəblərdən biz Avropa Birliyindən ayrılmamalıyıq. Bu, doğrudan da dəlilikdir.

Breksit barədə referendumdan üç ildən çox bir vaxt keçib. Onda xalqın təqribən 52%-i ölkəsinin Avropa Birliyindən çıxmasının lehinə səs verdi. Amma hazırda İngiltərənin Avropa Birliyini tərk etmək üzrə möhləti bitmək ərəfəsindədir. Nə Avropa Birliyindən çıxmaq tərzi barədə bir razılıq əldə olunub, nə də ki, bu barədə aydın bir perspektiv mövcuddur.