Noy 08, 2019 12:25 Asia/Baku
  • Dünya ABŞ-ın birtərəfli sanksiyalarına qarşı çıxıb
    Dünya ABŞ-ın birtərəfli sanksiyalarına qarşı çıxıb

BMT-nin 187 üzvü cümə axşamı günü bu təşkilatın Baş Məclisində Amerikanın Kubaya qarşı birtərəfli və altmışillik sanksiyalarının dayandırılmasının vacibliyini vurğulayan bir qətnamə qəbul edib.

BMT-nin 192 üzvündən yalnız ABŞ, sionist rejim və Braziliya qətnaməyə qarşı çıxıblar.

Ukrayna və Kolumbiya isə bu qətnaməyə bitərəf səs veriblər.

İran İslam Respublikasının BMT-dəki səfiri BMT Baş Assambleyasının "Kubaya qarşı sanksiyalar" mövzusunda keçirilən iclasında qeyd edibdir ki, Amerika onun müstəmləkə siyasətinə tabe olmayan ölkələrə qarşı birtərəfli sanksiyalar tətbiq etməyə qurşanıbdır.

Eshaq Ale-Həbib ABŞ-ın təxminən altmış il müddətinə Kubaya tətbiq etdiyi qeyri-insani sanksiyaların və mühasirənin hər hansı bir ölkəyə tətbiq olunan ən ədalətsiz və ən uzun unilateralist sanksiya sisteminin olduğunu bildirərək, əlavə edib: Bu hücum xarakterli hərəkətlər beynəlxalq münasibətlərin tənzimlənməsində əsas prinsiplərin biabırçı şəkildə pozulması deməkdir.