Noy 15, 2019 12:07 Asia/Baku
  • Tramp Amerikanın milli təhlükəsiziyini zəiflədibdir
    Tramp Amerikanın milli təhlükəsiziyini zəiflədibdir

ABŞ konqresinin nümayəndələr palatasının sədri deyib ki, Amerika prezidenti Donald Trampın Ukraynadan istəyi Amerikanın milli təhlükəsiziyinin zəiflədilməsi və prezident andının pozulması deməkdir.

Nensi Pelosi bildirib ki, Amerika prezidenti Donald Trampın impiçmenti üzrə təhqiqat iclasında rüşvətvermə barədə faktlar təqdim olunubdur.

ABŞ konqresinin nümayəndələr palatasının sədri əlavə edib: Şəhadət verən şəxsin təsdiqinə əsasən, Tramp öz siyasi rəqibi Co Bayden barədə təhqiqat həyata keçirilməyincə, Ukraynaya hərbi köməyi dayandıracağı ilə hədələyibdir.

ABŞ konqresinin nümayəndələr palatasında Donald Trampın impiçmenti üzrə təhqiqatın aparılmasının qəbul olunmasından ay yarım sonra çərşənbə günü Ukrayangeyt macərasıda şahidlərin şəhadət vermələri üzrə açıq iclas başlanıb.

Vaşinqtona hakim kəsilmiş siyasi atmosferə əsasən, gözlənilir ki, Trampın impiçmenti demokratların nəzarəti altında olan ABŞ konqresinin nümayəndələr palatasında asanlıqla qəbul ediləcək, amma senatorların səslərinin üçdə iki səsinə ehtiyac duyan Amerika prezidentinin kənarlaşdırılması respublikaçıların nəzarəti altında olan senatda mümkünsüz görünür.

 

 

Teqlər