Noy 18, 2019 17:31 Asia/Baku
  • Minlərlə yunan ABŞ səfriliyi önündə piket keçirib
    Minlərlə yunan ABŞ səfriliyi önündə piket keçirib

Minlərlə yunan dünən bu ölkə tələbələrinin qiyamının ildönümündə ABŞ-ın Afinadakı səfirliyi önündə piket keçirib.

Yunan xalqı bu aksiyada anti-Amerika şüarları verib.

Yunanıstanın keçmiş baş naziri Aleksis Sipras piket iştirakçılarından olub.

Sipras bundan öncə Facebook sosial şəbəkəsində 1973-cü ilə Yunanınstanın ozamankı hökuməti qarşısında müqavimət göstərərək, işgəncə, həbs və sürgün edilmiş insanların xatirəsini yüksək qiymətləndirmək məqsədilə bu aksiyanın keçirilməsini himayə etmişdi.

Yunan tələbələrinin 1973-cü ildəki qiyamı bu ölkənin hərbi hökumətinə və Amerikanın Yunanıstanın hərbi diktatorlarına dəstək verməsinə etiraz olaraq baş vermiş və nəticədə 23 nəfər ölmüş, yüzlərlə nəfər yaralanmışdı.

Yunanıstan xalqı son zamanlar da ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu ölkəyə səfərinə cavab olaraq, Amerikanın bayrağını yandırmışdı.