Dek 06, 2019 21:27 Asia/Baku
  • BAT Əlcəzairdə etirazçıların yatırılmasına reaksiya verib
    BAT Əlcəzairdə etirazçıların yatırılmasına reaksiya verib

Beynəlxalq Amnistiya Təşkilatı Əlcəzairdə etirazçılara qarşı repressiyanın şiddətlənməsini pisləyib və bu ölkədəki etirazlarda həbs olunanların azad edilmələrini istəyibdir.

Beynəlxalq Amnistiya Təşkilatında Qərbi Asiya və Şimali Afrika məsələləri şöbəsinin müdiri Hebbe Merayev Əlcəzairdə güc işlədilməsi, həbs və mühakimə ilə aksiyaçılarla mübarizəni pisləyərək, deyib: Əlcəzairdə prezident seçkiləri kampaniyası başlanandan bəri söz azadlığının pozulması halları və bu ölkədə toplantıların yatırılması artıbdır.

Merayev sonra deyib: Əlcəzair rəsmiləri prezident seçkilərinin keçirilməsilə müxalif olanlar daxil olmaqla etirazçıları yatırmaq yerinə, bütün əlcəzairlilərin dinc aksiyaların keçirilməsi üzrə hüquqlarını himayə etməlidilər.

Teqlər