Dek 13, 2019 13:43 Asia/Baku
  • Conson seçkilərin qalibi oldu
    Conson seçkilərin qalibi oldu

Boris Consonun başçılıq etdiyi İngiltərə mühafizəkarlar partiyası bu ölkə parlamentinin aşağı palatasında böyük əksəriyyətlə təəccübləndirici qələbə qazanıbdır.

İngiltərə parlament seçkilərinə səslərin sayılışı barədəki ən yeni məlumata görə, bu ölkənin mühafizəkarlar partiyası 650 yerdən 355 yer əldə edərək, əksəriyyət düşərgəsinə çevrildi.

Bu partiya daha beş il müddətinə və koalisiya təşkil etməyə ehtiyac duymadan ölkənin idarəsinin sükanını əlində saxlayacaqdır.

Amma leyboristlər partiyası 202 yer qazanaraq, ağır məğlubiyyətə uğrayıbdır.

Beləliklə mühafizəkarlar partiyası İngiltərənin keçmiş baş naziri Marqaret Tetçerin zamanından bəri özünün ən böyük qələbəsinə nail olub. Leyboristlər partiyası isə ötən 84 ildə ən pis seçki nəticəsi əldə edibdir.

Bu məsələ İngiltərədən ayrılmaq üçün Şotlandiyada referendumun keçirilməsi ehtimalını artırdı. Öz parlament yerini 20 yer artırmaqla 55-ə çatdıra bilmiş Şotlandiya milli partiyasının sədri Nikola Storcen deyib: Şotlandiyanın açıq mesajı var: Biz Boris Consonun hökumətini istəmirik və Avropa Birliyindən çıxmaq istəmirik.