Yan 26, 2020 08:23 Asia/Baku
  • Amerikalı hərbi veteranlar Trampın üzr istəməsini tələb ediblər
    Amerikalı hərbi veteranlar Trampın üzr istəməsini tələb ediblər

Xarici müharibələr üzrə hərbi veteranlar qrupu ABŞ prezidenti Donald Trampdan İranın Eynül-Əsəd bazasında raket hücumunda bu ölkə hərbçilərinin xəsarət almasını əhəmiyyətsiz göstərməsinə görə üzr istəməli olduğunu vurğulayıblar.

Tramp ötən həftə Amerikan həbçilərin beyin travması barədə müxbirlərə demişdi ki, onlar mənin gördüyün digər xəsarətlərlə müqayisədə çox da ciddi xəsarət almayıblar. 

İRNA-nın verdiyi məlumata görə, Xarici müharibələr üzrə hərbi veteranlar qrupu bir bəyanatda Trampa xəbərdarlıq edərək bildirib ki, beyin travması ciddi xəsarətdir və o əhəmiyyətsiz hesab edilməməlidir. 

İranın Bağdadda General Süleymani və onu müşayiət edənlərin terror edilmələrinə görə Amerikadan ağır intiqama dair vədinə əsasən yanvarın səkkizinin ilk saatlarında Amerikanın İraqdakı Eynül-Əsəd hərbi bazasını raketlə hədəfə aldı. 

ABŞ prezidenti Donald Tramp bu hücumun tələfat və yaralısının olmadığını iddia etsə də, Vaşinqton yavaş yavaş ameirkan hərbçilərin bu hücumda yaralandıqlarını etiraf etdi. 

Bu istiqamətdə Amerikanın Müdafiə Nazirliyi(Pentaqon) bildirib ki, İranın Eynül-Əsəd bazasında qarşı raket hücumunda 34 amerikalı hərbçi beyin travması alıb. 

Bu barədə Pentaqon tərəfindən yeni statistik məlumatların yayılması göstərir ki, Trampın ilk iddialarının əksinə olaraq, İranın raket hücumunda nəinki gözə çarpacaq sayda ABŞ hərbçisi xəsarət alıb, hətta bəzilərinin xəsarəti ciddi olub. 

Teqlər