Mart 22, 2020 20:52 Asia/Baku
  • Çexiyanın qeyri-etik hərəkəti
    Çexiyanın qeyri-etik hərəkəti

Çexiya Respublikasının sərhəd məmurları İtaliya üçün nəzərdə tutulan tibbi ləvazimat yüklərini müsadirə ediblər.

Avropada bu çətin və böhranlı şəraitdə ölkələrin həmrəyliyinə təkid olunduğu bir halda, Çexiya Respublikasının sərhəd məmurları qeyri-etik və qeyri-insani bir hərəkətdə İtaliyadakı xəstələr üçün nəzərdə tutulan maska və tənəffüs aparatlarına şamil olan tibbi yardım yüklərini müsadirə edərək, onları Çexiya xəstəxanalarında paylayıblar.

Bu humanitar tibb yardımları Çin tərəfindən İtaliyaya göndərilibmiş.

Bu humanitar tibb yardımlarına 680 min maska və minlərlə ədəd tənəffüs aparatı daxil idi. Həmin yüklər Çexiya Respublikasının sərhədində bu ölkənin məmurları tərəfindən qanunsuz şəkildə müsadirə olunub və sonda Çexiya xəstəxanalarında paylanıbdır.

İtaliya Çindən sonra koronavirusa ən çox yoluxan ölkədir.

PRAQA ROMANIN PAYINI ƏLİNDƏN ALDI

Teqlər