Apr 20, 2020 15:44 Asia/Baku
  • İtaliya xalqının yarısından çoxu AB-dən çıxmağa çağırıb

İtaliyada yeni rəy sorğularının nəticələrinə görə, bu ölkə xalqının yarısından çoxu koronavirus pandemiyasının ardınca Avropa Birliyindən çıxmağa israr edir.

Rəy sorğularının nəticələrinə görə, İtaliya xalqının 55 faizinə yaxını bu birliyi tərk etməklə öz razılığını bildirib.

İtalyanların 71 faizi də inanır ki, koronavirus Avropa Birliyini zəiflədəcək.

Brüssel koronavirusun yayılmasına nəzarət istiqamətində lazımi yardım və xidmətlərin təqdim olunmasındakı ləyaqətsizliyini sübut etdikdən sonra İtaliya Avropa Birliyindən çıxmaq barədə xalq tələblərinin nəzərəçarpacaq dərəcədə artmasının şahididir.

İtaliya Avropa Birliyindəki bəzi şəriklərini, o sıradan Almaniya və Hollandiyanı koronavirusla mübarizə sahəsində Romaya qarşı sabotajda ittiham edib.

Onsuz da böhran yaşayan İtaliya iqtisadiyyatı koronavirusla mübarizə sahəsində böyük xəsarətlərə düçar olubdur.

İtaliyada yayılmış son yeni statistikaya görə, ötən sutka ərzində bu ölkədə COVID-19-dan ölənlərin sayı 433 yeni ölüm halı ilə 23 min 660 nəfərə çatıbdır.

Hazırda İtaliyada koronavirusa yoluxanların ümumi sayı da 178 min 972 nəfərə çatıbdır.

İTALİYA XALQININ YARIDAN ÇOX AB-DAN ÇIXMAĞA ÇAĞIRIB

Teqlər