May 22, 2020 08:40 Asia/Baku
  • 18 demokrat senator qərb sahilinin mənimsənilməsi haqda xəbərdarlıq edib

18 amerikalı demokrat senator cümə axşamı günü qərb sahilinin işğal olunmuş ərazilərə qatılması haqda sionist rejimə xəbərdarlıq edib.

SaharAzeri xəbər verir: Bu 18 demokrat senator imzaladığı məktubda sionist rejimdən istəyibdir ki, qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılmasına dair qərarının icrasından çəkinsin.

Bu senatorlar həmin məktubda vurğulayıblar: Əgər sionist rejim qərb sahilinin işğal olunmuş ərazilərə qatılmasına israr və onu icra edərsə, bu məsələ xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Sionist rejimin baş naziri Benyamin Netanyahu son zamanlar bildiribdir ki, qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılmasına dair planı qarşıdakı aylarda həyata keçirəcək.

Bu məsələ ABŞ prezidenti Donald Trampın cari il yanvarın 28-də təqdim etdiyi rasist «əsrin sövdələşməsi»nin maddələrindən biridir.

Bu sövdələşmə ABŞ hökuməti tərəfindən təqdim olunan yeni plandır. Fələstin xalqının hüquqlarını aradan götürmək ardınca olan bu plan Ərəbistan daxil olmaqla bəzi ərəb ölkələrinin həmkarlığı və razılığı ilə işlənib hazırlanıbdır.

18 DEMOKRAT SENATOR TƏL-ƏVİVƏ XƏBƏRDARLIQ EDİB

Teqlər