May 24, 2020 05:31 Asia/Baku
  • Almaniyada koronavirus məhdudiyyətlərinə etiraz edənlərə cavab

Almaniya kansleri bu ölkədə koronavirusa nəzarət üzrə məhdudiyyətlərə qarşı keçirilən etiraz aksiyalarına cavab olaraq, deyib ki, onun hökuməti bu məhduiyyətləri tətbiq etməyə məcburdur.

SəhərAzəri - Almaniya kansleri Angela Merkel koronavirusla mübarizə ilə bağlı məhdudiyyətləri demokratiya üçün icbari bir məsələ adlandırıb, lakin eyni zamanda bu tədbirləri müdafiə edibdir.

Merkel öz həftəlik müraciətində Almaniya konstitusiyası günü münasibətilə deyib: Vətəndaşların məhdudiyyətlərdən olan nigarançılıqlarını dərk etmək hökumət üçün də çətindir, amma vətəndaşlar imkan daxilində həmkarlıq etməlidirlər.

Koronavirus məhdudiyyətlərinin davam etməsilə Almaniyanın bir çox şəhəri Merkel hökumətinə qarşı aksiyalar səhnəsidir.

Minlərlə nəfər şənbə günü Almaniyanın bir çox şəhərində hökumətin koronavirusla mübarizə adı altındakı məhdudiyyətlərinə qarşı aksiya keçirib.

Bu arada bu məhdudiyyətlərə dəstək aksiyaları da keçirilibdir.

Ötən həftə də Almaniya boyu minlərlə nəfər koronavirusla mübarizə ilə bağlı məhdudiyyətlər adı altında əsas vətəndaş hüqurlarına göz yumulmasına qarşı aksiya keçiribdir.

Teqlər