May 29, 2020 08:05 Asia/Baku
  • COVİD-19-a yoluxanların sayı 6 milyona yaxınlaşır

Dünyada son sutka ərzində koronavirusdan ölən və yoluxanların sayı açıqlanıb.

SəhərAzəri Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, son gün ərzində COVİD-19-dan 4 221 insan ölüb. Bununla da ümumi ölənlərin sayı 353 334 nəfərə çatıb.

104 505 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə dünya üzrə yoluxanların sayı 5 593 631 nəfərə yüksəlib.

Teqlər