İyun 06, 2020 20:41 Asia/Baku
  • Çomski ABŞ-ın İsrailpərəst siyasətini sərt tənqid etdi

Məşhur amerikalı mütəfəkkir və filosof Noam Çomski Tramp hökumətindən fərqli olaraq sadə amerikalıların İsrail rejimini dəstəkləmədiyi vurğulayıb.

SaharAzeri xəbər verir, Çomski Qüds Tədqiqatları Platformasının təşkil etdiyi video-konfransda etdiyi çıxışında deyib: "ABŞ-ın İsrail rejiminə dəstəyi çox kövrəkdir. İctimai rəydəki dəyişiklik hələ siyasətdə öz əksini tapmayıb”.

Amerikalı alim ABŞ-dakı yəhudi lobbisinin ABŞ-ın İsrail rejimi siyasətinə təsir etməsi mövzusunda verilən suala cavabında deyib ki, yəhudilər ABŞ-dakı mediaya və müxtəlif sahələrə təsir edə bilirlər, lakin hələ də ciddi bir təsirə malik deyillər.

O sonra İsrail-Fələstin münaqişəsində tək dövllətli həllin mümkün olub olmadığına dair suala cavabında bunları deyib: “Tək dövlətli həll yoxdur. Bu tamamilə bir illüziyadır. Bu, əslində İsrail rejiminə dəstək olmağa xidmət edir".