İyun 30, 2020 08:34 Asia/Baku
  • Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıb

Avropa İttifaqı dünən bir yığıncaqda Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay müddətinə uzadılmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Bu ittifaqın rəsmi bildirişinə görə, həmin sanksiyalar 2021-ci il yanvarın 31-dək qüvvədə qalacaq.

Amerikanın siyasətlərinin ardınca gedən Avropa Birliyi Rusiyanı 2014-cü ildən bəri Ukraynanın şərqindəki toqquşmalara qarışmaqda və bu ölkə hökumətinin müxaliflərinə kömək etməkdə ittiham və anti-rus maliyyə və iqtisadi sanksiyalar məcmuəsini tətbiq edibdir ki, bu da Moskvanın reaksiyasına səbəb olubdur.

Krım yarımadasının 2014-cü ildə keçirilən referendumun nəticələrinə əsasən, Ukraynadan ayrılıb, Rusiyaya qatılması Rusiya ilə Avropa Birliyi arasındakı gərginliyi ikiqat artırıbdır.

Ukraynanın şərq bölgələrindəki gərginliklər 2014-cü ilin aprelindən və qərbyönlülərin ozamankı hökumətə qarşı çevrilişinin ardınca başlanıbdır.

Teqlər