İyun 30, 2020 19:38 Asia/Baku
  • Mahatir Məhəmməd: “Heç vaxt İsrail rejimini rəsmiyyətə tanımayacağıq”

Malayziyanın sabiq baş naziri Mahatir Məhəmməd deyib: “Malayziya sionist rejim ilə münasibətlərin normallaşdırılmasına qarşıdır və heç vaxt bu rejimi rəsmiyyətə tanımayacaq”.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir ki, Malayziyanın sabiq baş naziri Mahatir Məhəmməd Əl-Məyadin telekanalına müsahibədə deyib: “Fələstin məsələsi dialoq yolu ilə həll edilməlidir, lakin İsrail rejiminin hərəkətləri beynəlxalq hüququ pozur və BMT İsrailin haqlı və ya yanlış olub-olmadığını müəyyən etmək üçün işi Beynəlxalq Ədalət Məhkəməsinə verməlidir”.

“Qüdsün İsrail rejiminin paytaxtı elan edilməsi beynəlxalq hüquqa zidd olan qanunsuz bir hərəkətdir. Heç bir yerdə heç kim başqalarının torpaqlarını idarə edə bilməz və sonra onun mülkü olduğunu iddia edə bilməz. İsrail rejimi Fələstin torpaqlarına hakim olmaqla yaradıldı. Fələstinin özünüidarə təşkilatının mərhum rəhbəri Yasir Ərəfata dedim ki, mübarizə uzun olacaq və mübarizəni nəinki hərbi və maddi olaraq küçə müharibələri ilə, həm də diplomatik yollarla davam etdirməyiniz daha yaxşıdır. Malayziya heç vaxt İsraillə münasibətlərini normallaşdırmayacaq. Biz əvvəldən İsraili tanımırıq, aramızda diplomatik münasibətlər yoxdur və biz həmişə bu münasibətləri pisləmişik, amma təəssüf ki, bəzi ölkələrin fərqli siyasətləri var", -deyə o, əlavə edib.

Mahatir Məhəmməd ABŞ-da qaradərililərə qarşı irqçilik barədə isə deyib: “ABŞ-da demokratiya yoxdur, əksinə qaradərililərə qarşı ədalətsiz siyasətlər yürüdən bir ölkədir.Biz qaralara dəstək olmalıyıq, çünki bu şəkildə ABŞ-ın vətəndaşları ilə ədalətli davranmadığını göstərə bilərik”.

Mahatir Məhəmməd koronavirus pandemiyasına münasibət bildirərkən deyib: “Biz bu virusla mübarizədə Çin ilə əməkdaşlıq edirik, bu ölkənin diqqət və bacarığını alqışlayırıq, çünki, ABŞ və Braziliyanın əksinə olaraq, Çinin bu hərəkətləri koronavirusla mübarizədə effektli olub”.

 

Teqlər