İyul 01, 2020 09:34 Asia/Baku
  • 3 myanmalı hərbçi məhkum edilib

Rohincalı müsəlmanlara qarşı zorakılıq işində adları hallanan üç myanmalı hərbçi məhkum edilib.

SaharAzeri xəbər verir, Myanma ordusu dünən bildirib ki, bu ordunun üç zabiti Arakanda rohincalı müsəlmanlara qarşı istibdad məsələsinə baxan Myanma hərbi tribunalı tərəfindən günahkar sayılaraq, məhkum edilibdir.

Myanma ordusu öncə öz qüvvələri tərəfindən bu cür addımların atılmasını rədd etsə də hərbi tribunal ötən milad ilinin sentyabr ayında iclas təşkil edərək, etiraf etdi ki, əmrlərdə problemlər olubdur.

2017-ci ilin 25 avqustundan bəri Myanma ordusunun və ekstremist buddistlərin Arakan əyalətində rohincalı müsəlmanlara qarşı hücumlarında altı mindən çox rohincalı müsəlman öldürülüb, səkkiz mn nəfər yaralanıb, təqribən bir milyon nəfər də Banqladeşə didərgin düşübdür.

BMT-nin müstəqil faktaraşdırıcı komitəsi Arakan əyalətinin vəziyyətini araşdırdıqdan sonra bu nəticə gəldi ki, Myanma ordusu rohincalı müsəlmanlara qarşı təcavüz və kütləvi qırğın törədibdir.