İyul 03, 2020 13:03 Asia/Baku
  • Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu keçdi

Dünyada bu günədək koronavirusa yoluxanların sayı ümumilikdə 11 milyon nəfəri keçib.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, son sutka ərzində 26 mindən çox yoluxma qeydə alınıb və yoluxanların sayı 11 001 023 nəfərə çatıb.

Bu günədək 524 406 nəfər virusun qurbanı olub. 6,1 milyondan çox xəstə sağalıb.

Yoluxma və ölüm sayına görə, ABŞ siyahıda birinci yerdədir. Bu ölkədə 2,8 milyondan çox şəxs koronavirusa yoluxub, 131 485 nəfər ölüb.

Teqlər