İyul 06, 2020 23:06 Asia/Baku
  • ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb

ABŞ-da COVID-19 infeksiyasına yoluxan insanların sayı 3 milyon 3 min 898 nəfərə, ölənlərin sayı isə 132 min 679 nəfərə çatıb.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, pandemiyanın statistikasını aparan Worldometer saytından verilən məlumata görə, ABŞ-da 1 milyon 292 min 263 nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 1 milyon 579 minə yaxın xəstədən 15 min 990-nun vəziyyəti ağır qiymətləndirilir. Ötən sutka ərzində 44 min 530 yeni yoluxma aşkarlanıb, 251 xəstə isə həyatını itirib.

Saytın Bakı vaxtı ilə bu gün saat 20:50-yə olan məlumatına əsasən, dünyada 11 milyon 641 mindən çox yoluxma və 538 min 286 ölüm faktı qeydə alınıb, 6 milyon 586 min 354 xəstə sağalıb. Müalicəsi davam edən 4 milyon 516 min 475 xəstədən 58 min 705-nin vəziyyəti ağırdır.

ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Teqlər